Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı

Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
DÜNYA
08:58 09.11.2026
61
Rusiyanın Stavropol diyarında bir nəfər yanğını söndürməyə çalışan yanğınsöndürənlərin avtomobilini qaçırıb.

Bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, Novoaleksandrovsk şəhərində 47 yaşlı şəxs öz həyətində tonqal qalayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu söndürməyə çalışarkən ev sahibi onların avtomobilini qaçırıb.

Qısa müddət sonra polis əməkdaşları həmin şəxsi yolda saxlayıblar. O, polisə bıçaqla hücum etməyə cəhd etsə də, əməkdaşlar onu zərərsizləşdirə biliblər.

Araşdırma zamanı həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunduğu məlum olub.

///oxu.az
OXŞAR XƏBƏRLƏR