"Yuventus" "Fiorentina" səfərindən bir xalla qayıdır

"Yuventus" "Fiorentina" səfərindən bir xalla qayıdır
İDMAN
05:48 09.11.2026
53
İtaliya A Seriyasının 11-ci turu "Fiorentina" və "Yuventus" komandaları arasında keçirilən matçla başa çatıb.

Florensiyadakı "Artemio Franki" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Mateo Pelleqrino dördüncü dəqiqədə "Fiorentina"nı hesabda önə keçirib. Nik Voltemade 32-ci dəqiqədə cavab qolunu vurub. Alyo Ncie 54-cü dəqiqədə Florensiya təmsilçisini yenidən hesabda irəli çıxarsa da, Bremer 66-cı dəqiqədə bərabərlik qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra "Fiorentina" 9 xalla İtaliya çempionatının turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. "Yuventus" isə 18 xalla 7-ci pillədədir.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR