Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Səudiyyə Ərəbistanının Abkayk şəhərində "Saudi Aramco" neft şirkətinin obyektlərinə zərbə endirdiklərini elan ediblər.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.
Bundan başqa, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi paytaxt Ər-Riyadda da "Saudi Aramco"ya məxsus obyektlərin hücuma məruz qaldığını açıqlayıb.
Xatırladaq ki, ötən gün husilər Ər-Riyadda Kral Xalid adına Beynəlxalq Hava Limanına və "Saudi Aramco" obyektlərinə zərbələr endirmiş, həmçinin digər şəhərlərdəki bir sıra hədəflərə də hücum etmişdilər.











































