Rusiya Ukrayna ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə daha yüksək səviyyəli nümayəndə heyəti göndərir.
Bu barədə "Blumberq” məlumat yayıb.
Məlumata görə, Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyətdə həmçinin Rusiya xarici işlər nazirinin müavinləri Sergey Ryabkov, Mixail Qaluzin, hərbi kəşfiyyatın rəisi İqor Kostyukov və Baş Qərargahın nümayəndəsi Yuri Jiqarlovski də yer alıblar.
Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edəcək. Heyətin tərkibində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və "Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya da yer alacaqlar.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.
Xatırladaq ki, bundan öncə Kirill Budanov Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcəyini açıqlamışdı.
///axar.az











































