İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
DÜNYA
06:00 09.11.2026
48
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib.

AZXEBER.COM "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərəc əl-Həmidavi barəsindədir.

Orderə əsasən, əl-Həmidavi ölkənin təhlükəsizliyini və sabitliyini pozmaq, vətəndaşları qorxutmaq, habelə onların həyatına, azadlığına və əmlakına təhlükə yaratmaq məqsədilə zorakılıq, hədə-qorxudan istifadə edən silahlı qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR