Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 50 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, PUA-lar Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək olan müddətdə aşkarlanaraq məhv edilib.
Bildirilib ki, pilotsuz uçuş aparatları Belqorod, Bryansk, Kursk və Rostov vilayətləri, eləcə də Krım yarımadası üzərində vurulub.
///apa.az











































