Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Nicat Əli oğlu İsmayılov Bərdə rayonu üzrə təhsil sektoruna müdir vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nicat İsmayılov 2003-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 2007-ci ildə həmin universiteti bitirərək Bərdə rayonu 1 nömrəli Nazırlı kənd tam orta məktəbində tarix müəllimi vəzifəsinə işə düzəlib. 2010-cu ildən Bərdə şəhəri 3 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 2019-cu ildə direktorların işə qəbulu müsahibəsində uğur qazanaraq, Bərdə rayonu V.Sadıqov adına Şirvanlı kənd tam orta məktəbinə direktor təyin edilib. 2023-cü ildə Bərdə şəhəri 8 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb.