Bərdə və Şuşada DOST mərkəzi açılacaq

Bərdə və Şuşada DOST mərkəzi açılacaq
SOSİAL
12:41 18.03.2022
300
"Yaxın aylarda Bakının Xətai rayonunda 5 saylı DOST mərkəzinin açılması planlaşdırılır".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər Bərdə və Şuşa DOST mərkəzləri də açılacaq.

Qurum rəsmisi göstərilən xidmətlər haqqında da məlumat verib:

"Eyni zamanda xidmətlərin siyahısına da yenidən baxılır. Təkmilləşdirmələr aparılır. Rəqəmsallaşma istiqamətində də işlər görülür. Bu il ərzində mərkəzlər vasitəsilə 140 min vətəndaşa xidmət göstərilib, 440 minə yaxın vətəndaşa isə çağrı mərkəzi üzərindən xidmət edilib”.
OXŞAR XƏBƏRLƏR