Bərdədə 2 piyadanı avtomobil vurdu: biri ölüb, digərinin vəziyyəti ağırdır

Bərdədə 2 piyadanı avtomobil vurdu: biri ölüb, digərinin vəziyyəti ağırdır
SOSİAL
20:52 12.11.2018
3325
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən bildirir ki, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri vurub. Hadisə zamanı piyadalardan biri ölüb, digəri isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR