Bərdədə 47 yaşlı qadın fermada ölü tapıldı

Bərdədə 47 yaşlı qadın fermada ölü tapıldı
SOSİAL
21:44 15.03.2019
4089
Bərdədə fermada meyit tapılıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çələbilər kəndində baş verib.

1972-ci il təvəllüdlü Süleymanova Sevinc Səlim qızı kənd ərazisində müvəqqəti məskunlaşdığı fermada ölü vəziyyətdə tapılıb.

Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR