Bərdədə Azərbaycan bayrağına hörmətsizliklə bağlı cinayət işi başlandı

Bərdədə Azərbaycan bayrağına hörmətsizliklə bağlı cinayət işi başlandı
SOSİAL
13:49 30.09.2022
342
Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə cinayət işi başlanıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Belə ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılıb.
OXŞAR XƏBƏRLƏR