Bərdədə azyaşlı qızın atası A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı ekspertizanın rəyindən sonra İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirrlib.
Qeyd olunub ki, gələcəkdə bu cür halların baş verməməsi üçün azyaşlı polis əməkdaşları tərəfindən profilaktik nəzarətə götürülüb.
Xatırladaq ki, Bərdədə atanın dörd yaşlı qızına spirtli içki içirərək görüntülərini sosial şəbəkələrdə paylaşdığı iddia olunub. Bununla yanaşı, qızı ilə paylaşdığı şəklinin altına "Tezliklə ata-bala bir məzarda yatacağıq" sözlərini yazıb. Bərdə rayon sakini Ülviyyə Cəfərova azyaşlı qızının keçmiş həyat yoldaşı A.Hüseynov tərəfindən döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.