16:08 çərşənbə Axşamı, 21 Yanvar 2020
KRİMİNAL

Bərdədə bir nəfər toyda öldü

21:36, 29.08.20195789
Bərdədə bir nəfər toyda öldü

Bərdədə bir nəfər toy mərasimində ölüb.

Rayonun Kətəlparaq kəndində yerləşən "Ağ saray" şadlıq evində baş verən hadisədə orta yaşlı kişi ürək tutmasından vəfat edib.

Rayon sakini Ayaz Hüseynov toyda iştirak edən zaman qəfildən halı pisləşib.

Onu təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az
XƏBƏR LENTİ