Bərdədə dəhşətli qətl- Həyat yoldaşını balta ilə doğradı - FOTO

SOSİAL
10:27 23.06.2016
7506
Bərdə rayonunda qətl hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürüb.
Bərdə Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyidi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR