Bərdədə meyvə bağında yanğın olub

Bərdədə meyvə bağında yanğın olub
HADİSƏ
23:11 19.03.2025
372
Bərdədə meyvə bağında güclü yanğın baş verib.

AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Lənbəran kəndi ərzində qeydə alınıb.
 
Meyvə bağında başlayan yanğın geniş ərazini əhatə etdiyi üçün əraziyə yerli yanğın söndürmə briqadaları ilə yanaşı Ağdam rayon yanğından mühafizə bölməsinin də heyəti cəlb olunub.
OXŞAR XƏBƏRLƏR