Bərdədə müəmmalı cinayət: 34 yaşlı kişi ürəyindən bıçaqlandı

Bərdədə müəmmalı cinayət: 34 yaşlı kişi ürəyindən bıçaqlandı
SOSİAL
21:25 13.12.2018
5255
Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun İstisu adlanan ərazisində baş verib.

Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR