Bərdədə nənə və nəvə dəm qazından zəhərlənib - Öldülər

Bərdədə nənə və nəvə dəm qazından zəhərlənib - Öldülər
HADİSƏ
20:14 09.11.2025
180
Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.

Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Tibbi müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR