Bərdədə qadın özünü kanala ataraq intihar edib

SOSİAL
04:52 01.11.2021
361
Bərdədə orta yaşlı qadın özünü kanala ataraq intihar edib.

APA xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları cəlb olunub. Xilasedicilər naməlum şəxsin meyitini kanaldan çıxararaq adiyyatı üzrə təhvil verib.

Faktla bağlı cinayət işi açılıb, intihar edənin kimliyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR