Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb

Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb
SOSİAL
14:40 19.07.2026
315
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən AZXEBER.COM-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR