Bərdədə yas mərasimində bədbəxt hadisə: Döşəmə çökdü, ölən və yaralananlar var

HADİSƏ
14:29 23.11.2023
990
14.28

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.

Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, yas mərasimi olan ev köhnə tikilidir, evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.
 
13.57
 
Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

Rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.
 
///Report

OXŞAR XƏBƏRLƏR