TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.
TƏBİB-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.















































