Bərdədə yol qəzası oldu, ölən və yaralananlar var

Bərdədə yol qəzası oldu, ölən və yaralananlar var
SOSİAL
15:56 26.04.2020
1049
Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə "VAZ-2107” markalı avtomobili ilə "Nissan” markalı minik maşını toqquşub. Nəticədə "Nissan”ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin "VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb. 

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR