Bərdədə yol qəzasında xəsarət olan şəxs Bakıya gətirildi

Bərdədə yol qəzasında xəsarət olan şəxs Bakıya gətirildi
SOSİAL
22:36 27.06.2020
1175
Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1980-ci il təvəllüdlü Həmidzadə Elnur Dilqəm oğlu ağır bədən xəsarətləri alıb.

Yarali təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin və baş- beyin silkələnməsi diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR