Bərdənin icra başçısından daha bir biyabırçılıq - USTLARIN PULUNU "YEDİ", RAYONDAN QOVDU - ŞİKAYƏT

Bərdənin icra başçısından daha bir biyabırçılıq - USTLARIN PULUNU "YEDİ", RAYONDAN QOVDU -  ŞİKAYƏT
SOSİAL
16:10 25.05.2016
2009

Bərdə rayon icra başçısı Vidadi İsayev barədə yeyinti, fəhlələrin pullarını mənimsəmə ittihamları ortaya çıxıb

Yasamal rayon sakini Elgiz Cəfərov ona edilən haqsızlıqla bağlı olke.az-a müraciət edib. Elgiz Cəfərovun şikayəti Bərdə rayon icra başçısı Vidadi İsayev haqqındadır. Şikayətçi bildirir ki, bir neçə il əvvəl rəhbərlik etdiyi briqada ilə Bərdədə abadlıq işləri görüb:

"43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim. Getdiyimiz gün Bərdə Rayon İcra Hakimiyyətinin təmir tikinti işlərinə rəhbərlik edən Mahmud məllimlə (sonradan məlum oldu ki, icra başcısının bacanağıdır) şifahi əqd bağladım. Elə həmin gün də görüləcək işlərlə bağlı tapşırığını verdi. Bizim işimiz yol kənarı hasarların, mağazaların, idarə binalarının fasadını yeniləmək idi. İşin qiymətini danışıb razılaşdıq. Mahmud müəllim dedi ki, burada heç kimdən pul istəməyin. Gördüyünüz işlərin hesabatını icra hakimiyyətində işləyən Vüqar adlı şəxsə təqdim edin, pulu isə məndən alın.Biz də razılaşdıq. İlk günlərdə hər şey normal idi. Ustalara pul lazım olanda Mahmud müəllimə deyirdik verirdi. Lakin iş yekunlaşanda bizi incitməyə başladılar. Bizə tapşırılan işləri tam bitərəndən sonra icra başçısı Vidadi İsayevin qəbuluna getdim. Onların bizə 5300 manat borcu qalmışdı. Vidadi İsayev dedi ki, narahat olmayın. Dedi ki, siyahını Mahmud müəllimə verəcək və biz də pulu ondan götürəcəyik. Getdik şəhər parkına, orada zəng edib Mahmud məllimi çağırdı. Mən bir qədər kənarda idim. Onlara yaxınlaşmaq istəyəndə icra başçısının qoçuları qarşımı kəsdi. Mənə dedilər ki, əgər burdan uzaqlaşmasan səni içəri soxacağıq, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtararsan. Mən də oradan uzaqlaşdım. Səhəri gün icra başçısının müavini Vidadi İmanquliyevi tapdım. O, mənə cəmi 800 manat pul verdi və tələb etdi ki, Bərdəni tərk edim. Bildirdi ki, əks halda məni həbs etdirəcəklər. Oradan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, mən də məcbur qalıb faizə pul götürüb borcu ödədim. Və həmin gündən sonra Bərdədən uzaqlaşaraq gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım. Ancaq müəyyən vaxta qədər o pulun faizini qaytara bildim. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt dolların kursu 0.78 manat idi, sonralar bəzi ayları verə bilmədim. Borc 8000 dollar oldu. Məcbur qalıb keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım".

Elgiz Cəfərov bildirdi ki, məsələ ilə bağlı Bərdə rayonunun deputatıZahid Orucamüraciət edib. Deputat ona köməklik edəcəyini bildirib: "Zahid müəllim Vidadi İsayevlə görüşməyimə kömək etdi. Zahid müəllimin şahidliyi ilə icra başçısına hər şeyi olduğu kimi danışdım. İcra başçısı bütün məsuliyyəti Mahmud müəllimin üzərinə atdı. Dedi, gedin onu verin məhkəməyə. Qayıdıb gəldik Bakıya. Zahid müəllim Vidadi İsayevin bacanağı olan həmin Mahmuda zəng etdi və ondan mənimlə görüşüb dərdimi dinləməyi xahiş etdi. Mahmud müəllimlə görüşdüm. O da məsuliyyəti Vidadi İsayevin üstünə atdı. O, bütün işləri Vidadi İsayevin tapşırığı ilə etdiyini bildirdi. Həmçinin dedi ki, həmin işlər üçün dövlət büdcəsindən pul ayrılsa da, Vidadi İsayev xərcləri obyekt sahiblərinin və idarə müdirlərinin üzərinə qoyub. Sonra da idarə müdirlərini işdən qovub, onların yerinə qohum-əqrabasını təyin edib. Nəticədə isə zərbə bizə dəyib".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır
20:18 28.04.2025
Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil
20:16 28.04.2025
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil
Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var
20:13 28.04.2025
Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var
Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
20:10 28.04.2025
Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
Məşhur italiyalı tennisçi öz adını daşıyan fond təsis edib
19:35 28.04.2025
Məşhur italiyalı tennisçi öz adını daşıyan fond təsis edib
Azərbaycanda 84 yaşlı həkim itkin düşdü
19:20 28.04.2025
Azərbaycanda 84 yaşlı həkim itkin düşdü
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"