Berlində partlayış baş verib, ölən və xəsarət alanlar var

Berlində partlayış baş verib, ölən və xəsarət alanlar var
DÜNYA
01:25 21.10.2025
176
Berlinin Noyköln rayonunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, azı səkkiz nəfər xəsarət alıb.

AZXEBER.COM alman mətbuatına istinadla xəbər verir ki, partlayışın birmərtəbəli evdə qaz sızması nəticəsində baş verdiyi, ölən şəxsin qadın olduğu bildirilir. Xəsarət alanların dördü uşaqdır.

Partlayış nəticəsində evə ciddi ziyan dəyib.

Hadisə yerinə Berlin Yanğınsöndürmə Xidmətinin 100-dək əməkdaşı cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR