Berlində yanğın baş verdi: ard-arda 3 partlayış

Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
DÜNYA
16:17 30.06.2025
218
Almaniyanın paytaxtı Berlində tikilməkdə olan çoxmərtəbəli binanın dam mərtəbəsində yanğın baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı ərazidə 3 güclü partlayış səsi eşidilib.

Yanğın, Xristian Demokrat İttifaqı Partiyasının (CDU) baş qərargahından cəmi 250 metr aralıda yerləşən binada qeydə alınıb və ətrafda ciddi təşvişə səbəb olub.

Hündürmərtəbəli binaya 100-dən çox yanğınsöndürən cəlb edilib. Alınan ilkin məlumatlara görə, partlayış səslərinin tikintidə istifadə olunan qaz balonlarından qaynaqlandığı ehtimal olunur.

Təhlükəsizlik səbəbilə ətraf küçələr nəqliyyata bağlanıb və bu, şəhərdə ciddi tıxaclara səbəb olub.

Hadisənin səbəbi, eləcə də insan itkisi və ya xəsarət alanlar barədə hələ ki, rəsmi məlumat verilməyib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR