Bu barədə nazirliyin X hesabında paylaşım edilib.
"Bu mühüm mərhələ iki ölkə arasındakı münasibətlərdə tarixi bir təkan yaratdı. Hər iki tərəfi bu yolda irəliləməyə təşviq edirik”, - paylaşımda qeyd olunub.
Nazirlik Almaniyanın Cənubi Qafqazda bu prosesə dəstəyini davam etdirəcəyini vurğulayıb:
"Cənubi Qafqazda sülh və sabitlik bizim ortaq maraqlarımıza uyğundur. Almaniya Avropa Birliyi və ABŞ-dan olan tərəfdaşları ilə birlikdə bu prosesi dəstəkləməyə davam edəcək”.
//axar.az











































