Berluskoni məşhur futbolçunun sevgilisini də ələ almaq istəyirmiş

Berluskoni məşhur futbolçunun sevgilisini də ələ almaq istəyirmiş
ŞOU-BİZNES
23:16 04.02.2011
1763

 

Sara Tomassinini sözlərinə görə, Tarantininin əyləncə məclislərinə apardığı digər qadınlardan fərqli olaraq, o, “fahişə deyil və məclisə getmək üçün pul almayıb”. Məclis başlayandan bir qədər sonra 74 yaşlı Silvio Berluskoninin gözü Mario Balotellinin sevgilisinə düşüb. O, əvvəlcə qadına televiziya karyerasında yardım təklif edib. Bu təklifin işə yaramadığını görə baş nazir bir qədər də irəli gedib və Sara Tomassini Avropa Parlamentinə üzv seçdirəcəyinə söz verib. Sara Tomassi həmin gecəni belə xatırlayır: “Məndən və görünüşümdən çox təsirlənmişdi. Mənə həm gözəl, həm də ağıllı olduğumu, siyasətə başlamağın vacibliyini, nəticədə sabit maaşım olacağını dedi. Silvio hər zaman insanlara yardım etmək istəyən bir adamdır. Amma mən ona yalnız aktrisa olmaq istəyimi bildirdim”.

Sara Tomassi daha sonra Silvio Berluskoninin Milandakı villasında başqa bir əyləncə məclisində iştirak etdiyini də deyib./// milli.az

OXŞAR XƏBƏRLƏR