Berluskoninin sevgilisi 100 milyon avroluq mirasla yoxa çıxdı

Berluskoninin sevgilisi 100 milyon avroluq mirasla yoxa çıxdı
DÜNYA
11:26 03.10.2023
155

İtaliyanın iyul ayında vəfat edən keçmiş baş naziri Silvio Berluskoninin deputat sevgilisi Marta Fascina-nın 100 milyon avro dəyərində mirasla yoxa çıxması müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, 86 yaşında leykemiya xəstəliyindən vəfat edən "Forza İtalia” partiyasının lideri Berluskoni 100 milyon avro dəyərində mirasını həmin partiyadan deputat olan 33 yaşlı sevgilisi Fascinaya qoyub. 

İtaliyalı deputat o vaxtdan bəri parlamentin iclaslarına qatılmayıb və demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb.

Berluskoninin ölümündən sonra "Forza İtalia”da mühüm rol oynayacağı gözlənilən Fascina-nın yoxa çıxması partiyada böhran yaradıb.

Gülay

OXŞAR XƏBƏRLƏR