“Onları az qala dilə tuturdum”.
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts azərbaycanlı futbolçuları növbəti dəfə tənqid edib.
AZXEBER.COM Azerisport.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib:
“Azərbaycanlı futbolçular bəzən özlərini çox qeyri-peşəkar aparırdılar. Mən İtaliya ilə oyundan sonra onları bərpaedici məşqə çıxarmaq üçün az qala dilə tuturdum. Bu, inanılmaz idi. Hətta dünya çempionu Almaniya yığması Azərbaycan millisindən daha çox məşq edir”.