Berti Foqts azərbaycanlı məşqçiləri tənqid etdi

İDMAN
13:49 10.10.2012
1060

“Azərbaycan futbolunun yaxşı gələcəyi var. Dövlət tərəfindən bu idman növünün inkişafına yaxşı maliyyə ayrılıb”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis qeyd edib ki, AFFA-nın futbolun inkişafı yönündəki fəaliyyəti doğrudur. Bununla belə, Foqts klubları tənqid edib: “Təəssüf ki, eyni sözü klublara şamil etmək olmur. Onların məşqçiləri isə öz üzərlərində yetərincə işləmirlər. Qarşıda hələ çox şey edilməlidir”.

OXŞAR XƏBƏRLƏR