Berti Foqts: ''Biz Portuqaliyanı udmağa gəlməmişik''

Berti Foqts:
İDMAN
08:42 10.09.2012
1384

Dünən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də Portuqaliyaya qarşı başa tutacaq oyunla əlaqədar mətbuat konfransı keçirib.

Qol.Az-ın Portuqaliyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında çoxsaylı jurnalist iştirak edib.

Əvvəlcə media nümayəndələrini salamlayan almaniyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanız Portuqaliya ilə oyuna hazırdırmı?

- Biz çox şadıq ki, belə gözəl şəraitdə çətin oyuna hazırlaşa bilirik. Bizim üçün asan olmayacaq. Azərbaycan millisi dörd gündə iki oyun keçirməyə öyrəşməyib. Bundan başqa, biz 6,5 saat yol gəlmişik. Bakıyla Braqa arasında dörd saat fərq də öz təsirini göstərir. Biz bilirik ki, necə çətin rəqib qarşı oynayacağıq. Əlbəttə ki, Portuqaliyaya qələbə dalınca gəlməmişik. Bunu futboldan başı çıxan adamlar yaxşı bilir. Sadəcə, bu cür qarşılaşmarda futbolçularımız müsbət təcrübə qazana bilərlər. Bu Azərbaycan futbolunun inkişafı üçün vacibdir. Komandamız sabah bütün gücüylə mübarizə aparacaq.

- Siz qeyd etdiniz ki, Portuqaliyaya qələbə üçün gəlməmisiniz. Amma nəzərə alaq ki, Azərbaycan millisi bütün seçmə mərhələlərdə qrupun favoritlərindən xal alıb. Bu mənada, komandanızdan sürpriz gözləməyə dəyər?

- Bu xalları biz ev oyunlarında qazanmışıq. Ona görə də sualınıza cavab verə bilməyəcəyəm.

- Komandanız Portuqaliya və Rusiyaya mane ola bilərmi?

- Mən düşünürəm ki, favoritlərə çox mane ola bilmərik. Bizim məqsədimiz «Avro-2016»nın final mərhələsinə düşməkdir.

- Portuqaliya ilə matçda start heyətində dəyişiklik olacaq, yoxsa İsraillə oyundakı ilk onbirliyi meydana buraxacaqsınız?- Mahir Şükürovun yüngül zədəsi, Vaqif Cavadovun qızdırması var. Ona görə də dəyişiklik ola bilər.

- Kamran Ağayevin klubsuz qalması onun durumuna necə təsir edib?

- Bu, böyük bir problemdir. Oyun təcrübəsi olmayanda futbolçu formadan düşür. Kamran yaxşı qapıçıdır. Təəssüflər olsun ki, futbol qaydalarına əsasən, 11 oyunçudan biri qapıçı olmadır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi