Berti Foqts Lənkərana gedəcək

İDMAN
11:00 06.02.2014
893
Millinin məşqçiləri Qəbələ və Lənkərana gedəcəklər. 
AZXEBER.COM-un AFFA-nın saytına istinadən məlumatına görə, Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts və köməkçisi Volfqanq Rolff Premyer Liqanın XX turu çərçivəsində keçirilən oyunların 2-sini izləyəcək.Belə ki, alman mütəxəssislər fevralın 8-də keçiriləcək "Qəbələ" - "Qarabağ" və fevralın 9-da keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" oyunlarını izləyəcəklər.Qeyd edək ki, ötən mövsümlərdə ayın çox hissəsini vətənində keçirən Berti Foqts bu ildən çempionat oyunlarını izləməsi AFFA-nın tələbidir. Belə ki, 2013-cü ilin sonlarında Azərbaycan millisi ilə daha 2 il müqavilə imzalayan Berti Foqtsa çempionat oyunlarını mümkün qədər çox izləməsi tövsiyyə olunub.
OXŞAR XƏBƏRLƏR