Berti Foqts: ''Rusiya millisi qələbəyə layiq idi''

İDMAN
22:36 16.10.2012
1528

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində baş tutan Rusiya ilə oyundan sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

-Rusiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Onlar qələbəyə layiq idilər. Ruslar fiziki cəhətdən bizdən üstün nəzərə çarpırdılar. Rusiya millisində yaxşı komanda formalaşır. Biz çox müdafiə olunduq. Belə bir komandaya qarşı sonadək müdafiə olunub, qol buraxmamaq çətindir. Mübarizəyə gəlincə, mən komandamın oyunundan razı qaldım. Heyif ki, qol vura bilmədik.Halbuki, qol vurmağıqarşımıza vəzifə kimi qoymuşduq.

- İlk yarı ilə ikinci hissə arasında fərq var idi. Bunun səbəbi rusların 4 gün öncə oyun keçirməsi idi, yoxsa siz taktikada hansısa dəyişiklik etmişdiniz ki, rəqib çox hücum edə bilmirdi?

- Biz ilk 15 dəqiqədə yaxşı oynadıq. Ancaq bilmirəm nədənsə, sonradan passivləşdik. Fasilədə bunu futbolçulara dedim. İkinci hissədə düzəldik. Biz bu gün yaxşı oyun nümayiş etdirdik.

- Sizcə penalti var idimi?

- Əgər hakim penalti nöqtəsini göstərirsə, deməli, qayda pozulub. məncə, penalti yox idi. Ancaq hakimin qərarı dəyişmir.

- Son iki oyunda komandanız qol vurmamaqla yanaşı, təhlükəli vəziyyət də yarada bilmir. Bunun səbəbini nədə görürsünüz?

- Rusiya dünyanın güclü komandalarından biridir. Portuqaliya və Rusiya kimi komandalarla bizi müqayisə etmək doğru deyil.

- Rusiya millisi haqda nə deyərdiniz? Rəqib əvvəlki illərlə müqayisədə güclənib, yoxsa zəifləyib?

- Mən deyərdim, Rusiya millisində inkişaf prosesi hələ davam edir. Onların yüksək təcrübələri var. Bizim komanda isə hələ gəncdir.

- Rəşad Sadıqovun oyunu millimizin oyununa necə təsir göstərdi?

- Rəşad komandanın kapitanıdır, lideridir. Ancaq deməzdim ki, onun bu gün oynamaması nəzərə çarpırdı. Levin və Abışov müdafiədə yaxşı oynadılar.

OXŞAR XƏBƏRLƏR