Berti Foqts: ''Səhv etdik və 1 xal qazandıq''

İDMAN
10:09 08.09.2012
1559
DÇ-2014-ün seçmə mərhələsində keçirilmiş Azərbaycan - İsrail oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bildiriblər. Məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): “Futbolçular haqda xoş sözlər deyə bilərəm. Səhvə yol versək də, buna görə futbolçuları tənqid etmək fikrim yoxdur. Müdafiədən hücuma keçərkən yenə çatışmazlıqlar vardı. İlk qolu biz buraxdıq, ancaq sonradan bərabərlik qolunu vura bildik. Oyundan öncə keçirilən mətbuat konfransında demişdim ki, səhv etməsək, bu oyunu udacağıq. Ancaq səhv etdik və 1 xal qazandıq. İkinci hissədə meydançaya çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər və bu, bizim ehtiyat qüvvəmizin olmasının təzahürüdür”.
Eli Qutman (İsrail millisinin baş məşqçisi): “3 xal qazanmaq istəyimiz baş tutmadı. Görüş çətin keçdi. 4-4-2 sistemi ilə oynadıq. Birinci hissədə çox top itirdik. Amma ikinci yarıda dəqiq oynamaqla hesabı açdıq. Rəqib isə əvəzetmələrlə hesabı bərabərləşdirdi. Azərbaycan yığmasında inkişaf var”.

OXŞAR XƏBƏRLƏR