Beş ay reanimasiyada qalan Əsmər vəfat etdi

Beş ay reanimasiyada qalan Əsmər vəfat etdi
SOSİAL
00:27 10.09.2025
535
Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Əsmər Baxşəli qızı Tağıyeva vəfat edib.

O, martın 20-də Ordubad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki azyaşlı övladı olan müəllim beş ay müddətində Reanimasiya şöbəsində müalicə olunub, lakin həkimlərin səyinə baxmayaraq, həyatını itirib.

Qeyd edək ki, Əsmər Tağıyeva 1989-cu ildə Şahbuz rayonunda dünyaya gəlib. O, 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək həmin ildən Sabirkənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR