Beş ildir eyni maşını sürürəm: Fatimədən irad

Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
MAQAZİN
13:55 23.09.2025
253
"Beş ildir eyni maşını sürürəm, deyirlər dəyişməyin vaxtıdır". 
 
AZXEBER.COM xəbər verir ki, bunu ARB telekanalında "Günə uğurla" verilişində Fatimə deyib.
 
O, anasının gözündən əməliyyat olunacağını da bildirib:
 
"Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət eləsin. Anamın səhhərində problemlər var, sabah gözündən əməliyyat olacaq. Amma bir neçə ay bundan qabaq onu xəstəxanaya yerləşdirməli olmuşdum. Yaş özünü göstərir. Amma o güclü qadındır. Mənim ayaqda belə güclü qala bilməyimin səbəbi də anamdır. Uşaqlarıma gözəl tərbiyyə verən də odur. Allah onu mənə çox görməsin.
 
Bu dünyada necə yaşamışıqsa, o dünyada da elə cavab verəcəyik. Ona görə də yaxşı insan olmaq lazımdır. Kimin maşını, evi var, bir-birinə göstərir. Beş ildir eyni maşını sürürəm, deyirlər dəyişməyin vaxtıdır. Niyə axı? Özümü kimə göstərirəm? O qədər pulu maşına verincə uşaqlarıma, anama xərcləyərəm. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR