Nyu York-da yaşayan fotoqraf Bob Kari həyat yoldaşı Lindanın 2003-cü ildə xərçəng xəstəliyinə tutulmasından sonra Tutu adlı bir layihəyə start verib. Layihəyə əsasən çəhrayı bir balerin paltarı geyən Kari tam 9 il müddətində bu geyimi əynindən çıxarmayıb. Döş xərçənginə diqqət çəkmək üçün təşkil etdiyi bu layihəni kitablaştıran Kari uzun müalicədən sonra 2006-cı ildə sağalan həyat yoldaşı Linda ilə Feniksdən Nyu Yorka köçüb. Cütlük indilərdə həm sağlam olmanın həm də layihələrinin kefini çıxardır.









