Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin aylıq məbləği artırıldı

İQTİSADİYYAT
10:41 13.01.2023
422
Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Fərmanla beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 manat müəyyən edilib.

Qeyd edək ki, dəyişikliyə qədər bu sosial müavinətin məbləği 70 manat idi.

OXŞAR XƏBƏRLƏR