"Bəsdirin, millətin qanını içdiniz!" - Nura

"Bəsdirin, millətin qanını içdiniz!" - Nura
MAQAZİN
13:29 13.05.2025
344
"Bir insafınız olsun. AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır, marketlərdə hər gün qiymətlər qalxır, bəsdirin, millətin qanını içdiniz”.

AZXEBER.COM xəbər verir ki, müğənni Nura Suri kartlardan oğurluğun artdığı bir vaxtda bankların bildirişi mesajla alma xidmətində qiymət artım etməsini qınayıb.

Bu barədə ifaçı sosial media hesabında yazıb:

"Bizdə niyə belədir ki? Deməli, bank kartlarının SMS xidməti aylıq 0.90 qəpikdən 3 azn-ə qaldırılıb və avtomatik qiyməti artıran kimi xidməti bağlayıblar. Həm də bunu elə bir dönəmdə ediblər ki, hər gün insanların kartlarından külli miqdarda pul oğurlanır. Bizdə bank sistemi onsuz da bərbaddır. Yəni ki, xalqa xidmət etmir, banklar öz cibinə işləyir. Hər gün insanlara nağd ödənişdən uzaqlaşıb, "Apple Pay” və "Google Pay”lə ödəniş tövsiyə olunur”.
 

OXŞAR XƏBƏRLƏR