Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR
DÜNYA
13:54 13.02.2025
1030
"Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib”.

Bunu Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib.

O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən həyata keçirərdi.

Hafiz Əsədin sözlərinə görə, Rusiyadan həmin şəxs gələnə qədər Prezident ailəsinin Suriyanı tərk etmək planı olmayıb, hər şey dekabrın 7-dən 8-nə keçən gecə dəyişib.

Bəşər Əsədin oğlu dissertasiyasını Moskvada müdafiə etdiyini, anası Əsmanın isə Moskvada müalicə aldığını diqqətə çatdırıb.

Hafiz Əsəd Dəməşq yaxınlığındakı atışmanın onları qorxutmadığını bildirib və bunu reallıq adlandırıb. Hafiz Əsəd ordunun Suriyanın paytaxtını müdafiə etməyə hazırlaşdığı barədə fikirlər səsləndirib:

"Hər şey gecə yarısından sonra dəyişdi. Bizim Al-Malkidə yerləşən evimizə rusiyalı məmur gəldi və hakimiyyət qüvvələrinin döyüşlərinə nəzarət etmək üçün bir neçə günlüyə Latakiaya köçməklə bağlı xahişi bizə çatdırdı. Dəməşqin Beynəlxalq Hava Limanında keçmiş Prezidentin qardaşı Mahir Əsəd də onlara qoşuldu. Gecə saat üçdə onlar Rusiyaya məxsus hərbi təyyarədə bu ölkənin Xmeymimdəki hərbi bazasına aparıldı. Təyyarə eniş etdikdən sonra onlar Prezidentin Bürc İslam rayonundakı iqamətgahına getməli idilər. Bu iqamətgah hava limanının 40 kilometrliyində yerləşir. Lakin sonradan iqamətgahla əlaqə yaratmaq cəhdləri uğursuz oldu, zənglərə cavab verən olmadı. Bu məqamda Bəşər Əsəd hərbçilərin döyüş meydanından geri çəkildiyi ilə bağlı məlumat aldı”.

Hafiz Əsəd vurğulayıb ki, gündüz saatlarında Xmeymim bazasındakı Rusiya komandanlığından ətraf ərazilərdəki vəziyyətin ciddiyyəti ilə bağlı məlumat alıblar:

"Onlar bizə bildirdilər ki, artıq bazanı tərk etmək mümkün deyil. Çünki terrorçular bütün ölkə boyunca yayılıb. Vəziyyət xaotik xarakter aldı və ölkənin hərbi rəhbərliyi ilə əlaqə kəsildi. Moskva ilə məsləhətləşmələrdən sonra bizə bildirdilər ki, Rusiyaya təxliyə edilməyimizlə bağlı sorğu göndərilib. Bir müddət keçdi və biz Moskvaya istiqamətlənən təyyarəyə əyləşdik, gecə saatlarında isə hava limanına eniş etdik”.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”