Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayının görüntüləri yayılıb

DÜNYA
20:29 08.12.2024
267
Suriya Prezidenti Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayından görüntülər yayılıb.

Bu barədə "France-Presse" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, talandan əvvəl sarayda yanğın da törədilib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
 
///report

OXŞAR XƏBƏRLƏR