"Beşiktaş" 19 yaşlı müdafiəçisini serb klubuna icarəyə verdi

İDMAN
16:17 12.07.2024
134
Türkiyənin "Beşiktaş" klubunun 19 yaşlı müdafiəçisi Aytuğ Batur Kömeçin yeni klubu bəlli olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serbiyanın "İMT" klubu futbolçunu icarəyə götürüb.

Bildirilib ki, gənc futbolçu müayinədən keçmək üçün Belqrada gedib. 

Xatırladaq ki, ötən mövsüm "Beşiktaş”ın gənclərdən ibarət komandasında 17 matça çıxan Aytuğ Batur Kömeç 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR