Avroliqada pley-off mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə 2 təmsilçisindən biri olan “Beşiktaş” ilk matçına çıxıb.Portuqaliyada “Braqa”nın qonağı olan “Qara Qartallar” İstanbula qələbə ilə qayıdırlar. Hər hissədə 1 qol vuran “Beşiktaş” mərhələ adlamaq yolunda mühüm addım atıb.Digər görüşdə “Olimpiakos” Moskvada “Rubin” üzərində qələbə qazanıb.Bu mərhələnin digər oyunları fevralın 16-da keçiriləcək.14 fevral“Rubin” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) -0:1QOL:David Fuster, 7273-cü dəqiqədə “Olimpiakos”un qapıçısı Balaj Meqyeri kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Nəticədə qonaqların qapısına penalti təyin edilib. Ancaq Bibers Natxonun 75-ci dəqiqədə zərbəsini yenicə meydana çıxan qapıçı Roy Kerroll tuta bilib.“Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) - 0:2QOLLAR:Tomas Sivok, 37; Simao, 58START HEYƏTLƏRİBRAQA: Quim, Everton, Miguel Lopes, Douglao, Mossoro, Salino, Custodio, Hugo Viana, Barbosa, Lima, AlanBEŞİKTAŞ: Cenk, İbrahim, Sivok, Egemen, Tanju, Ernst, Necip, Veli, Fernandes, Simao, Quaresma