"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə "Beşiktaş"ı futbolçusu Berkay Vardarı icarəyə verib.
AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi qarşıdakı 2 mövsümü Moldova "Şerif"ində keçirəcək.
Gənc oyunçu 2021-ci ildə Azərbaycanın U-19 yığmasının heyətində 3 oyun keçirib. Bir il sonra isə Türkiyənin U-21 millisinə çağırılıb və 2 yoxlama matçında meydana çıxıb.
Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilmiş ilk oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 17-də İstanbulda baş tutacaq.