Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Qitənin 2-ci dərəcəli klub turnirinin ən yaxşı 16 komandası münasibətlərini ayırd edib.
6 ölkədə baş tutacaq 8 qarşılaşma 2 müxtəlif vaxtda keçirilib. Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyənin “Beşiktaş” klubu səfərdə “Atletiko”nun qonağı olub. Artıq ilk yarıda 3 qol buraxan türkiyəlilər fasilədən sonra yalnız təsəlli qolu vura biliblər. Günün sensasiyası isə digər İspaniya təmsilçisi “Atletik”in hesabına yazılıb. Bilbao təmsilçisi səfərdə “Mançester Yunayed”ə səfərdə qalib gəlib.
Avropa Liqası 1/8 final, ilk oyunlar
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (Bilbao, İspaniya) -2:3 Ueyn Runi, 22; 90 (pen) - Fernando Llorente, 44; Oscar de Markos, 72; Iker Muniain, 90
"Standard" (Belçika) - "Hannover" (Almaniya) - 2:2 Yoni Buyens, 27; Mohammed Çite, 30 - Lars Stindl, 22 (pen); Mame Biram Diouf, 56
"Valensiya" (İspaniya) - PSV (Hollandiya) - 4:2 Viktor Ruiz, 11; Roberto Soldado, 13; 43 (pen); Pablo Piatti, 56 - Ola Toyvonen, 83 (pen); Georginio Vijnaldum, 90
"Alkmaar" (Hollandiya) - "Udineze" (İtaliya) - 2:0 Maarten Martens, 63; Erik Falkenburg, 84
"Metallist" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 0:1 David Fuster Torrijos, 50
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0 Alexandre Luiz Reame, 51
"Tvente" (Hollandiya) - "Şalke" (Almaniya) - 1:0 Luk de Yong, 61 (pen)
"Atletiko" (İspaniya) - "Beşiktaş" (Türkiyə) - 3:1 Eduardo Salvio, 24; 27; Adrian, 37 - Simao 53
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 15-də baş tutacaq. (apasport.az)