"Beşiktaş" futbolçusunu Qətər klubuna satıb

İDMAN
18:50 24.07.2023
184
Mərakeş millisinin futbolçusu Romen Saiss karyerasını Qətərdə davam etdirəcək.

Türkiyənin "Beşiktaş" klubu 33 yaşlı müdafiəçini "Əl-Sədd"ə satıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Qara qartallar" bu keçiddən 2.5 milyon gəlir əldə edib.

Qeyd edək ki, 2022-ci ildən "Beşiktaş"da çıxış edən Romen Saiss ötən il Mərakeş yığması ilə Qətərdəki dünya çempionatında 4-cü yeri tutub.
OXŞAR XƏBƏRLƏR