Türkiyənin "Beşiktaş" klubu İngiltərə millisinin sabiq futbolçusu Dele Allinin keçidini yekunlaşdırıb.
İstanbul təmsilçisi "Everton"da çıxış edən 26 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.
Dele Alli mövsümün sonunadək "qara-qartallar"ın formasını geyinəcək.
Qeyd edək ki, Dele Alli ilin əvvəlində "Tottenhem"dən "Everton"a keçib.