"Beşiktaş" İngiltərə millisinin sabiq futbolçusunu icarəyə götürüb

"Beşiktaş" İngiltərə millisinin sabiq futbolçusunu icarəyə götürüb
DÜNYA
18:31 24.08.2022
302
Türkiyənin "Beşiktaş" klubu İngiltərə millisinin sabiq futbolçusu Dele Allinin keçidini yekunlaşdırıb.

İstanbul təmsilçisi "Everton"da çıxış edən 26 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.

Dele Alli mövsümün sonunadək "qara-qartallar"ın formasını geyinəcək.

Qeyd edək ki, Dele Alli ilin əvvəlində "Tottenhem"dən "Everton"a keçib.
OXŞAR XƏBƏRLƏR