"Beşiktaş” Juninyonu transfer etmək istəyir

İDMAN
17:54 16.03.2024
210
Bu mövsüm çempionluq yarışını erkən tərk edən "Beşiktaş” növbəti mövsümə heyət qurmaq üçün səylərini davam etdirir.

"Beşiktaş” Futbol Komandalarının Baş Koordinatoru Samet Aybaba bu məqsədlə Almaniyaya gedərək "Dortmund”- PSV və "Bayer Leverkusen” - "Qarabağ” matçlarını canlı izləyib.

Aybabanın "Leverkuzen” - "Qarabağ” matçında Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Juninyonu (Olavia Viera dos Santos Junior) bəyəndiyi məlum olub.

Onun göstərdiyi performans və vurduğu qol Aybabanın diqqətini çəkib.

Juninyonun adının İstanbulda "Beşiktaş”ın transfer siyahısına salınaraq, rəhbərliyə təqdim ediləcəyi bildirilir. İclasın qərarından asılı olaraq 27 yaşlı futbolçu ilə bağlı mövsümün sonunda qərar veriləcək.  

Qeyd edək ki, bu mövsüm "Qarabağ”da 43 oyun keçirən Juninyo ümumilikdə 23 qol vurub, yeddi məhsuldar ötürmə edib.

Xatırladaq ki, braziliyalı ulduzun "Qarabağ”la müqaviləsi 2026-cı ildə başa çatacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"